27 oktyabr 2024. Bazar günü

Liqa 1 klubu Loran Blana tapşırıldı


  • Transfer
  • 09:20 11.10.2022
  • Oxunma sayı: 81
Liqa 1 klubu Loran Blana tapşırıldı
Fransanın “Olimpik” (Lion) komandasının baş məşqçisi Peter Bos istefaya göndərilib. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Niderlandlı mütəxəssisin istefasına səbəb komandanın uğursuz nəticələri olub. Sözügedən kollektiv 14 xalla 9-cu pillədə qərarlaşıb. Bos 2021-ci ilin may ayından “Olimpik”i çalışdırırdı.
 
 Liqa 1 klubu yeni baş məşqçisini də açıqlayıb. Sözügedən komandanın "sükan"ı bundan sonra Loran Blana həvalə olunub.56 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayında bitəcək müqavilə imzalanıb.
 
Fransalı çalışdırıcı son olaraq Qətərin “Əl-Rayyan” klubunda baş məşqçi kimi çalışıb. 56 yaşlı mütəxəssis əvvəllər “Bordo” və PSJ-də, həmçinin Fransa yığmasında işləyib.






Transfer