3 aprel 2026. Cümə

Qarabağ'ın tarixinə düşən futbolçu klubunu dəyişə bilər


  • Transfer
  • 11:00 11.10.2022
  • Oxunma sayı: 164
Qarabağ'ın tarixinə düşən futbolçu klubunu dəyişə bilər

Braziliya "İnternasyonal"ında çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Pedro Enrike ölkəsində klubunu dəyişə bilər.

Corner.az "Torcedores" nəşrinə istinadən xəbər verir ki, "Fluminense" 32 yaşlı vingerlə maraqlanır.

Klub prezidenti Alessandro Barkellosun yaxın vaxtlarda Enrikenin meneceri ilə görüşəcək. "Flamenqo" və Malaziya təmsilçisi "Coxor" da braziliyalı oyunçunun xidmətində maraqlıdır.

Qeyd edək ki, Pedro Enrikenin "İnternasyonal"la müqaviləsi 2024-cü ilin yayında başa çatmalıdır. 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edən futbolçu "köhlən atlar"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifi olub. O, Bakıda İtaliya "Roma"sına 1:2 hesabı ilə uduzduqları II tur oyununda fərqlənib.







Transfer