27 oktyabr 2024. Bazar günü

Leypsiq'də yeni qapıçı


  • Transfer
  • 23:56 11.10.2022
  • Oxunma sayı: 86
Leypsiq'də yeni qapıçı
Almaniyanın “Leypsiq” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi Norveç yığmasının qapıçısı Oryan Nilandı transfer edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin iyun ayına qədər olan müqavilə imzalanıb.
 
Xatırladaq ki, “Leypsiq”in əsas qapıçısı Peter Qulaçi bir neçə gün öncə ağır zədə alıb. Onun ən azı 5-6 ay yaşıl meydanlardan kənarda qalması gözlənilir. Bu üzdən də Bundesliqa təmsilçisi yeni qapıçı transfer etməyə ehtiyac duyub 
 
Niland son olaraq İngiltərənin “Ridinq” klubunun formasını geyinib. O, bu ilin 1 iyulunda sözügedən klubdan ayrılandan bəri azad agent statusu daşıyırdı. Qapıçı karyerası ərzində “Bornmut”, “Aston Villa”, “İnqolştadt”, “Molde” və “Hodd” klublarının da formasını geyinib, Norveç yığmasında 40 oyuna çıxıb






Transfer