5 oktyabr 2026. Bazar ertəsi

Bundesliqa klubu baş məşqçisiz qaldı


  • Transfer
  • 00:32 12.10.2022
  • Oxunma sayı: 109
Bundesliqa klubu baş məşqçisiz qaldı
Almaniyanın “Ştutqart” klubu baş məşqçi Pelleqrino Mataratso ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
44 yaşlı mütəxəssisin istefaya göndərilməsinə komandanın uğursuz nəticələri səbəb olub. “Ştutqart” bu mövsüm elitada qələbə qazana bilməyən yeganə komandadır. 5 heç-heçə sayəsində cəmi 5 xalı olan bu komanda 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.
 
Mataratso 2019-cu ilin dekabrından “Ştutqart”a rəhbərlik edirdi. ABŞ-lı mütəxəssis daha öncə “Nürnberq”in ikinci komandasında köməkçi məşqçi kimi çalışıb.






Transfer