27 oktyabr 2024. Bazar günü

İtaliya klubu baş məşqçisini istefaya göndərdi


  • Transfer
  • 09:30 12.10.2022
  • Oxunma sayı: 104
İtaliya klubu baş məşqçisini istefaya göndərdi
İtaliyanın “Verona” klubu baş məşqçi Qabriele Çoffi ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
47 yaşlı mütəxəssisin istefasına komandanın cari mövsümdək uğursuz çıxışı səbəb olub. “Verona” A Seriyasının geridə qalan 9 turunda cəmi 1 qələbə qazanıb və 5 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.
 
Qabriele Çoffi “Verona”ya bu ilin iyun ayında baş məşqçi təyin edilmişdi. Onunla 2 illik müqavilə imzalanmışdı. İtaliyalı mütəxəssis daha öncə “Kroli Taun” və “Udineze”yə də rəhbərlik edib.
 
Yeri gəlmişkən,  A Seriyası təmsilçisi qapıçısı Alessandro Berardi ilə də yeni müqavilə imzalandığını diqqətə çatdırıb.31 yaşlı qolkiperlə yeni sözləşmənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub. İtalyan oyunçu, 2019-cu ildən bu klubun formasını geyinir. 2012/13 mövsümündə də “Verona”da icarədə oynamış Berardi, “Latsio”nun yetirməsidir. O, “Salernitana”, “Qrosseto”, “Messina” və “Bari”də də oynayıb.






Transfer