11 aprel 2026. Şənbə

Konte Premyer Liqanın ən çox qazanan baş məşqçisi ola bilər


  • Transfer
  • 10:02 12.10.2022
  • Oxunma sayı: 133
Konte Premyer Liqanın ən çox qazanan baş məşqçisi ola bilər

“Tottenhem” klubu baş məşqçi Antonio Konte ilə müqaviləni uzatmağa hazırdır.

Corner.az “Football365”-ə istinadən xəbər verir ki, tərəflər yaxın vaxtlarda yeni müqavilə ilə bağlı razılığa gəlmək üçün yekun danışıqlar aparırlar.

İtaliyalı mütəxəssis yenilənmiş müqaviləyə imza atacağı təqdirdə, Premyer Liqada ən yüksək maaş alan baş məşqçi ünvanına sahib ola bilər. 53 yaşlı mütəxəssisin maaşı illik 23 milyon avroya qədər artacaq.

Kontenin klubla hazırkı müqaviləsi 2023-cü ilin yayında başa çatır.

“Tottenhem” 20 xalla Premyer Liqa cədvəlinin üçüncü pilləsində qərarlaşıb.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”