28 iyul 2026. Çərşənbə axşamı

Qarabağ'ın futbolçusu Rusiya klublarının hədəfində


  • Transfer
  • 11:09 12.10.2022
  • Oxunma sayı: 147
Qarabağ'ın futbolçusu Rusiya klublarının hədəfində

"Qarabağ" klubunun futbolçusu Marko Veşoviç karyerasını Rusiyada davam etdirə bilər.

Corner.az xəbər verir ki, bu barədə agent Aleksandar Ristiç "RB Sport"a açıqlamasında bildirib.

O, Rusiya Premyer Liqasında çıxış edən bir neçə komandanın 31 yaşlı yarımmüdafiəçi ilə bağlı məlumat istədiyini vurğulayıb: "Həqiqətən də Veşoviçə Rusiya klublarından maraq var idi. Onun sözləşməsi 2023-cü ilin yayınadək qüvvədədir. Qışda Rusiyadan konkret təklif gəlsə, oyunçu bunda maraqlı olacaq. Veşoviç Rusiya çempionatında iştirak etmək istəyir".

Qeyd edək ki, monteneqrolu oyunçu  2021-ci ildən "Qarabağ"ın formasını geyinir.







Transfer