"Zirə" heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, komanda İssa İbrahim Cibrila ilə anlaşıb. Vingerlə iki il yarımlıq müqavilə imzalanıb. Əldə edilmiş razılığa görə, müqavilə 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Niger millisinin də üzvü olan 27 yaşlı futbolçunun son klubu Türkiyənin “Ankara Keçiörəngücü” komandası olub.