- Transfer
- 18:00 21.12.2025
“Atletiko”nun prezidenti Enrike Serezo PSJ-nin futbolçusu Kilian Mbappeyə ehtiyac duymadıqlarını və hücumçu Joao Feliksin Madrid klubunda uğur qazanacağına inandığını bildirib.
Corner.az xarici KiV-ə istinadən xəbər verir ki, 74 yaşlı funksioner fransalı futbolçunun mümkün transferini belə şərh edib:
“Mbappeyə ehtiyacımız yoxdur və ona ehtiyacımız da olmayacaq. Hətta hər komandanın öz Mbappesi olsa belə”.
Daha əvvəl Mbappenin 2023-cü ilin yanvarında PSJ-dən ayrılmaq istədiyi bildirilirdi.