30 iyun 2026. Çərşənbə axşamı

Valbuena "Olimpiakos"a keçir - prezident açıqladı


  • Transfer
  • 14:46 23.05.2019
  • Oxunma sayı: 534
Valbuena "Olimpiakos"a keçir - prezident açıqladı
"Fənərbaxça" ilə müqaviləsi başa çatan Mathieu Valbuena karyerasını Yunanıstanda davam etdirməyə yaxındır.

Corner.az "ntvspor"a istinadən xəbər verir ki, fransalı futbolçu "Olimpiakos"la razılığa gəlib. Bu barədə klubun prezidenti Evangelos Marinakis açıqlama verib.Onun sözlərinə görə, 34 yaşlı futbolçu ilə artıq bütün detallarda anlaşılıb, qısa zamanda transfer açıqlanacaq.

Qeyd edək ki, Valbuena 2017-ci ildən "Fənərbaxça"da çıxış edir





Transfer