27 oktyabr 2024. Bazar günü

Napoli gürcüyə yeni müqavilə təklif edəcək


  • Transfer
  • 17:01 18.10.2022
  • Oxunma sayı: 88
Napoli gürcüyə yeni müqavilə təklif edəcək

İtaliyanın "Napoli" klubu futbolçusu Xviça Kvaratsxeliya ilə yeni müqavilə imzalaya bilər.

Corner.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi 21 yaşlı hücumçuya yeni sözləşmə təklif edəcək.

Klub gürcü oyunçunun performansına görə maaşının artırılmasına da razıdır.

Qeyd edək ki, Kvaratsxeliya cari mövsüm 14 matçda 7 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Yayda İtaliya klubuna keçən oyunçunun hazırkı sözləşməsi 2027-ci ildədək nəzərdə tutulub.







Transfer