İspaniyanın “Valensiya” klubu cinah müdafiəçisi Xose Luis Qaya ilə yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Yeni müqavilə 2027-ci ilin yayına kimi hesablanıb.
İspan futbolçu “Valensiya”nın yetirməsidir. 27 yaşlı futbolçu ilə “Real”, “Barselona” və PSJ klubları yaxından maraqlanırdı.
“Valensiya” La Liqada 10 matçda 15 xal toplayıb və turnir cədvəlində səkkizinci yerdədir.