27 oktyabr 2024. Bazar günü

Barselona onunla müqaviləni uzatmaq istəyir


  • Transfer
  • 11:49 20.10.2022
  • Oxunma sayı: 96
Barselona onunla müqaviləni uzatmaq istəyir

“Barselona” futbolçusu Osman Dembeleyə müqavilənin uzadılması ilə bağlı yeni təklif edib.

Corner.az “goal.com”-a istinadən xəbər verir ki, tərəflər arasında yeni müqavilə ilə bağlı danışıqların son mərhələsi gedir. Lakin Dembele qərarını verməkdə gecikərsə və ya klubun təklifini rədd edərsə, İspaniya nəhəngi 25 yaşlı futbolçunun adını transfer siyahısına əlavə edəcək.

Onun hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Fansalı futbolçunun əvvəllər Kataloniya klubudan ayrılacağı iddia olunsa da, onun La Liqa təmsilçisinin baş məşqçisi Xavinin rəhbərliyi altında daha çox sərbəstlik əldə etdikdən sonra klubda qalmaq istəyinin olduğu bildirilir.

Dembele bu mövsüm La Liqa və Çempionlar Liqasında 13 oyuna çıxıb, 3 qol vurub, 4 məhsuldar ötürmə edib.







Transfer