27 oktyabr 2024. Bazar günü

FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqladı


  • Transfer
  • 10:21 22.10.2022
  • Oxunma sayı: 88
FIFA prezidenti transfer bazarındakı dəyişiklikləri açıqladı

FIFA prezidenti Canni İnfantino transfer bazarındakı dəyişikliklərdən danışıb.

Corner.az-ın məlumatına görə, 52 yaşlı funksioner yeni müddəaların noyabrın 16-da qüvvəyə minəcəyini xatırladıb.

İnfantino bildirib ki, ali futbol qurumunun informasiya mərkəzinin qaydaları təsdiqlənib: "Köçürmələrlə bağlı bütün ödənişlər mərkəzdən keçəcək. İlk olaraq futbolçuları yetişdirən klublara təzminatın ödənilməsindən başlayacağıq. Bəzi kiçik klublar həvəskardır və pul istəməyə imkanlara yoxdur. Sistemi avtomatlaşdırmaq qərarına gəldik. Bu, kiçik klubların həyatını dəyişəcək. Gəlirin ədalətli bölüşdürülməsini dəstəkləyən sistemə ehtiyac var idi".

FIFA prezidenti bəzi şəxslərin oyunçuların keçidindən sui-istifadə etdiyini də toxunub: "Hüquq-mühafizə orqanları köçürməni araşdırmağa başlayanda qəribə ödənişlər tapırlar. Bu, artıq olmayacaq, transfer bazarına şəffaflıq gətirəcəyik. Buna nəzarət etmək və pulun lazım olan yerə getməsinə əmin olmaq istəyirik".







Transfer