27 oktyabr 2024. Bazar günü

Barselona Buskets'ə əvəzləyici tapdı


  • Transfer
  • 15:54 23.10.2022
  • Oxunma sayı: 106
Barselona Buskets'ə əvəzləyici tapdı

"Barselona”ya 2023-cü ilin yanvarında “Vulverhempton”un yarımmüdafiəçisi Ruben Nevesi transfer etmək təklif olunub.

Corner.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 25 yaşlı futbolçunu yarımmüdafiəçi Serxio Busketsi əvəzləyici olaraq düşünür. La Liqa nəhəngi  portuqaliyalı futbolçunu 40 milyon avroya heyətinə qata bilər.

Neves bu mövsüm bütün yarışlarda “Vulverhempton”un heyətində 11 matçda 2 qol vurub. Onun "canavarlar"la müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.







Transfer