27 oktyabr 2024. Bazar günü

İnter'in əfsanəsi olacağıma ümid edirəm


  • Transfer
  • 21:49 23.10.2022
  • Oxunma sayı: 88
İnter'in əfsanəsi olacağıma ümid edirəm

"İnter”in hücumçusu Lautaro Martines “Bavariya” və PSJ-nin onunla maraqlanması haqda iddialara münasibət bildirib.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “İnter”də xoşbəxt olduğunu və burda əfsanə olmaq istədiyini deyib:

“Beş ildir ki, buradayam, “İnter”də çox xoşbəxtəm. Mən həqiqətən də, “İnter”in əfsanəsi olacağıma ümid edirəm. Bir il əvvəl klubla yeni müqavilə imzalamışam və bütün diqqətimi yalnız bu klubun uğurlarına yönəltmişəm”.

Argentinalı futbolçu 2018-ci ildə “İnter”ə keçib. O, bu mövsüm A Seriyasında 11 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer