- Transfer
- 23:59 09.04.2026
Fransanın PSJ klubu müdafiəçi Serxio Ramosla müqaviləni uzatmağı planlaşdırır.
Corner.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Ekrem Konur məlumat yayıb. Paris klubunun rəhbərliyi 36 yaşlı futbolçuya daha bir il uzadılması variantı ilə bir illik müqavilə təklif etməyi nəzərdən keçirir.
Daha əvvəl mətbuatda PSJ-nin idman direktoru Luis Kamposun Ramosla müqaviləni yeniləməmək istədiyie bildirilirdi.
Ramos bu mövsüm PSJ ilə 15 oyuna çıxıb və 1 qol vurub. Onun müqaviləsi 30 iyun 2023-cü ildə başa çatır.