Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi müdafiəçi Timote Kolodzeyçakı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı futbolçu “Şalke” ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.
Polşa əsilli fransalı oyunçunun sonuncu iş yeri “Sent Etyen” olub. O, Liqa 1 təmsilçisindən bu yay azad agent kimi ayrılmışdı. Mərkəz müdafiəçisi Lion “Olimpik”i, “Nitsa”, “Sevilya”, “Borussiya” (Mönhenqladbax) və “Tiqres UANL” komandalarında da forma geyinib.