- Transfer
- 18:00 21.12.2025
"Barselona” futbolçusu Aleks Balde ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Corner.az xəbər verir ki, bu barədə “sport.es” məlumat yayıb. Məlumata, 19 yaşlı sol cinah müdafiəçisinə 2027-ci ilə qədər nəzərdə tutulan müqavilə təklif olunacağı vurğulanıb.
İspan ftbolçunun hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.
Kataloniya təmsilçisi qış transfer pəncərəsi dövründə Baldeyə yeni müqavilə təklif edəcək.
Balde “Barselona”nın öz yetirməsidir. O, bu mövsüm İspaniya çempionatında və Çempionlar Liqasında 11 matçda iştirak edib, 3 məhsuldar ötürmə verib.