- Transfer
- 21:53 26.11.2024
Türkiyə "Beşiktaş"ı baş məşqçisi Valeryen İsmael ilə yollarını ayırır.
Corner.az "NTV Spor"a istinadən xəbər verir ki, buna komandanın cari mövsümdə uğursuz çıxış etməsi səbəb olub. İstanbul təmsilçisi son 5 qarşılaşmada cəmi 1 qələbə qazanıb.
Artıq tərəflər müqavilənin qarşılıqlı şəkildə ləğv edilməsi ilə bağlı razılığa gəliblər. Anlaşmaya əsasən, fransalı mütəxəssis mövsümün sonunadək ona ödənilməli olan məvacibin yarısını yəni təqribən 450 000 avro alacaq.
Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasında 11 turdan sonra 19 xalla 5-ci pillədə qərarlaşıb.