28 noyabr 2024. Cümə axşamı

Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi


  • Transfer
  • 09:33 27.10.2022
  • Oxunma sayı: 91
Millimizin futbolçusu Türkiyədə klubunu dəyişdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Məhəmməd Mustafa Yıldırım Türkiyədə klubunu dəyişib.

Corner.az-n məlumatına görə, 20 yaşlı hücumçu "İstanbulspor"dan ayrılaraq "Çorum" komandasına keçib.

Yıldırımla 2,5 illik müqavilə imzalanıb. Forvard mövsümün ikinci yarısında komandada çıxış edəcək.

Qeyd edək ki, Mustafa Yıldırım 2020-ci ildən Azərbaycanın U-21 yığmasında çıxış edir. Oyunçu ötən ay İstanbul təmsilçisinə 1 milyon lirə təzminat ödəyərək klubdan ayrılıb.







Transfer