3 aprel 2026. Cümə

Bundesliqa klubu yeni baş məşqçisini açıqladı


  • Transfer
  • 16:07 27.10.2022
  • Oxunma sayı: 114
Bundesliqa klubu yeni baş məşqçisini açıqladı
Almaniyanın “Şalke” klubunun yeni baş məşqçisi məlum olub. Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Helzenkirhen komandasını Tomas Raysa tapşırılıb.
 
Onun müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. 49 yaşlı mütəxəssis bu gün komandanı ilk məşqə çıxaracaq.
 
“Şalke” ötən həftə Frank Krameri istefaya göndərib.






Transfer