22 dekabr 2025. Bazar ertəsi

Liqa 1 klubunda yeni baş məşqçi


  • Transfer
  • 21:29 27.10.2022
  • Oxunma sayı: 110
Liqa 1 klubunda yeni baş məşqçi
Fransanın “Oser” komandasının yeni baş məşqçisi müəyyənləşib. Corner.az xəbər verir ki, Liqa 1 təmsilçisinim "sükan"ı Kristof Pellisyeyə həvalə olunub.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 2+1 illik müqaviləyə imza atıblar.
 
Pellisye “Oser”də istefaya göndərilmiş Jan-Mark Furlanı əvəz edib.  Onun istefasına komandanın uğursuz nəticələri səbəb olub.
 
“Oser” bu mövsüm Liqa 1-də keçirdiyi 12 oyunda cəmi 2 qələbə qazanıb. 3 heç-heçə edən və 7 məğlubiyyətlə üzləşən komanda hazırda 9 xalla 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq