Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi bəlli olub. Corner.az xəbər verir ki, İstanbul təmsilçisinin "sükan"ı Şenol Günəşə tapşırılıb.
Bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib. Paylaşımda "yeni zəfərlər üçün, yenə, yeni, yenidən evinə xoş gəldin, Şenol Güneş" yazılıb.
Türkiyə mətbuatının yazdığına görə, tərəflər 1.5 illik anlaşıblar. 70 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Valerien İsmaeli əvəz edib.
Xatırladaq ki, Şenol Güneş 2015-2019-cu illərdə də "Beşiktaş"a rəhbərlik edib. O, bu komandanı iki dəfə Türkiyə çempionu edib.