27 oktyabr 2024. Bazar günü

İtaliya klubunda yeni müqavilə


  • Transfer
  • 15:21 28.10.2022
  • Oxunma sayı: 100
İtaliya klubunda yeni müqavilə
İtaliyanın "Fiorentina” klubu qapıçısı Mikele Çerofolini ilə müqavilə müddətini uzadıb. Corner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Sözləşməsi mövsümün sonunda başa çatacaq 23 yaşlı qapıçı ilə anlaşma daha bir il müddətinə uzadılıb. İtalyan oyunçu 2024-cü ilin yayına qədər Florensiya təmsilçisində forma geyinəcək.
 
“Fiorentina”nın öz yetirməsi olan futbolçu 2017-ci ildə əsas komandaya cəlb edilib.






Transfer