- Transfer
- 21:53 26.11.2024
"Şalke”nin keçmiş futbolçusu Raul Qonsales komandanın baş məşqçi postuna keçməkdən imtina edib.
Corner.az “Marca”-ya istinadən xəbər verir ki, buna səbəb ispaniyalı mütəxəssisin “Real”ın əvəzedici komandasını – “Kastilya”nı çalışdırmağa davam etmək istəməsi olub. 45 yaşlı mütəxəssis hazırda klubunu dəyişmək niyyətində olmadığı vurğulanıb.
Oktyabrın 20-də “Şalke” baş məşqçi Frank Krameri istefaya göndərib və onu oktyabrın 27-də Tomas Raysı əvəzləyib.
“Şalke” 11 turdan sonra 6 xalla Bundesliqanın turnir cədvəlində sonuncu – 18-ci yerdədir.