27 oktyabr 2024. Bazar günü

Lautaro Martines Çelsi'nin hədəfində


  • Transfer
  • 14:42 30.10.2022
  • Oxunma sayı: 97
Lautaro Martines Çelsi'nin hədəfində

“İnter”in hücumçusu Lautaro Martines karyerasını İngiltərədə davam etdirə bilər.

Corner.az xarici KİV-ə istinadən xəbər verir ki, "Çelsi" qış transfer pəncərəsində argentinalı futbolçunu transferi üçün təkliflə çıxış etməyə və müqaviləyə “İnter”də icarə əsasında çıxış edən hücumçu Romelu Lukakunu da daxil etməyə razı olduğu vurğulanıb.

 “Çelsi” ilə yanaşı “Mançester Yunayted”, “Nyukasl” və “Tottenhem”  25 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Martines 2018-ci ildən “İnter”də çıxış edir. O, bu mövsüm A Seriyasında 11 oyuna çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.







Transfer