27 oktyabr 2024. Bazar günü

Milan baş məşqçisi ilə yeni müqavilə imzaladı


  • Transfer
  • 21:54 31.10.2022
  • Oxunma sayı: 71
Milan baş məşqçisi ilə yeni müqavilə imzaladı

İtaliyanın "Milan" klubu baş məşqçisi Stefano Pioli ilə yeni müqavilə imzalayıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə sözləşmənin müddəti 2025-ci ilin yayınadək uzadılıb.

Onun əvvəlki müqaviləsi 2023-cü ilin iyununda başa çatmalı idi.

Hazırda komanda 26 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Qırmızı-qaralar" lider "Napoli"dən 6 xal geri qalır.

Qeyd edək ki, "Milan" ötən mövsüm Stefano Piolinin rəhbərliyi altında A Seriyasının qalibi olub. 







Transfer