28 noyabr 2024. Cümə axşamı

Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər


  • Transfer
  • 17:16 01.11.2022
  • Oxunma sayı: 88
Rebrov Ukrayna millisinin baş məşqçisi ola bilər

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Əl-Ayn" komandasının baş məşqçisi Sergey Rebrov Ukrayna millisini çalışdıra bilər.

Corner.az "TaTo Take"yə istinadən xəbər verir ki, 48 yaşlı mütəxəssis hazırda bu posta əsas namizəddir.

Rebrovun 2023-cü il yanvarın 1-də BƏƏ təmsilçisini tərk edərək yığmanın baş məşqçisi olacağı bildirilib.

Ukrayna seçməsinin hazırkı baş məşqçisi Aleksandr Petrakovun assosiasiya ilə müqaviləsi başa çatıb. Onun komandadakı taleyi ilə bağlı açıqlama verilməyib.

Qeyd edək ki, Sergey Rebrov 2021-ci ildən "Əl-Ayn"də işləyir.







Transfer