27 oktyabr 2024. Bazar günü

Çelsi Barselona'nın sabiq futbolçusunu istəyir


  • Transfer
  • 17:19 01.11.2022
  • Oxunma sayı: 112
Çelsi  Barselona'nın sabiq futbolçusunu istəyir

İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçu ilə gücləndirir.

Corner.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, London təmsilçisi zədəli Ris Ceymsə əvəzləyici tapıb.

"Zadəganlar" "Vulverhempton"un portuqaliyalı müdafiəçisi Nelson Semedu ilə anlaşmağa yaxındır.

Qeyd edək ki, 29 yaşlı oyunçu 2020-ci ildə İspaniya "Barselona"sından İngiltərə klubuna keçib .







Transfer