28 noyabr 2024. Cümə axşamı

Regekampf Neftçi'ni Rumıniya klubuna dəyişə bilər


  • Transfer
  • 19:37 01.11.2022
  • Oxunma sayı: 117
Regekampf Neftçi'ni Rumıniya klubuna dəyişə bilər
"Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf yenidən Rumıniyanın “Styaua” komandasının sükanı arxasına keçə bilər. Corner.az Rumıniya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu posta əsas namizəd hesab olunur.
 
İddiaya görə, Buxarest klubu bu keçid üçün Azərbaycan təmsilçisinə 350 000 avro təzminat ödəməlidir. Çünki onun "ağ-qaralar"la müqaviləsində belə bir bənd var. Amma yerli mətbuat hesab edir ki, tərəflər məbləğlə bağlı ortaq məxrəcə gələ bilərlər.
 
"Styaua"nın prezidenti Cici Bekalini narahat edən digər məqam isə təcrübəli baş məşqçinin "Neftçi"dəki maaşıdır. Paytaxt təmsilçisində ayda 40 000 avro məvacib aldığı iddia olunan mütəxəssisin Rumıniya klubundan ən azı 20 000 avro tələb edəcəyi gözlənilir.
 
Xatırladaq ki, Regekampfın "Neftçi" ilə 2024-cü ilin yayınadək müqaviləsi var. O, 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"ya rəhbərlik edib. Komanda bu mütəxəssislə iki dəfə ölkə çempionu olub, Avropa Liqasının 1/8 final və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.






Transfer