27 oktyabr 2024. Bazar günü

Luis Suares MLS klubu ilə anlaşdı


  • Transfer
  • 14:37 02.11.2022
  • Oxunma sayı: 152
Luis Suares MLS klubu ilə anlaşdı

İngiltərənin "Liverpul" və İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Luis Suaresin yeni komandası bəlli olub.

Corner.az-ın RAC1-ə istinadən məlumatına görə, son olaraq ölkəsinin "Nasyonal" klubunda çıxış edən 35 yaşlı hücumçu ABŞ təmsilçisi "Los-Anceles Qalaksi"yə keçəcək.

Qeyd edək ki, Luis Suaresin klubu ilə müqaviləsi 2022-ci ilin sonunda başa çatacaq. Uruqvaylı oyunçu "Nasyonal" ilə Uruqvay çempionatının qalibi olub. O, cari mövsüm bütün turnirlərdə 16 oyuna 8 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer