27 oktyabr 2024. Bazar günü

Barselona Xavini Arteta ilə əvəz edə bilər


  • Transfer
  • 15:38 02.11.2022
  • Oxunma sayı: 126
Barselona Xavini Arteta ilə əvəz edə bilər
"Arsenal”ın baş məşqçisi Mikel Arteta gələcəkdə “Barselona”nı çalışdıra bilər. Corner.az “sport.es”-ə istinadən xəbər verir ki, Artetanın “Arsenal”la əldə etdiyi inkişaf Kataloniya klubunun diqqətini çəkib.
 
Həmçinin, ispaniyalı məşqçi, klubun dəyərlərinə bələd olduğu və “Mançester Siti” çalışdırıcısı Pep Qvardiolanın yanında işlədiyi onun yaxın gələcəkdə “Barsa”nın baş məşqçi postuna əsas namizəd olacağı hesab edilir.
 
Kataloniya klubunun rəhbərliyi təkcə “Arsenal”ın Artetanın başçılığı altındakı çıxışına deyil, həm də, onun paltardəyişmə otağını idarə etmə tərzinə də rəğbət bəsləyir. Artetanın London klubunun keçmiş ulduz futbolçusu Aubameyanqı göndərənə qədər göstərdiyi qərarlılıqda La Liqa nəhənginin rəhbərliyinin diqqətini çəkib. 40 yaşlı mütəxəssisin “Barsa”nın direktoru Mateu Alemani və idman direktoru Jordi Kroyffla da çox yaxın münasibəti var.
 
“Arsenal” Premyer Liqada 12 matçdan sonra 31 xalla turnir cədvəlinə başçılıq edir.






Transfer