5 oktyabr 2026. Bazar ertəsi

Rusiya klubu baş məşqçisiz qaldı


  • Transfer
  • 17:08 02.11.2022
  • Oxunma sayı: 116
Rusiya klubu baş məşqçisiz qaldı

Futbol üzrə Rusiya Premyer Liqasında çıxış edən "Soçi" klubu baş məşqçisi Vadim Qaraninlə yollarını ayırıb.

Corner.az "championat" nəşrinə istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Qaranini kimin əvəzləyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, "Soçi" Rusiya Premyer Liqasında 15 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb.







Transfer