27 oktyabr 2024. Bazar günü

Zidan bu millini çalışdıracaq - DÇ-dan sonra


  • Transfer
  • 22:40 04.11.2022
  • Oxunma sayı: 119
Zidan bu millini çalışdıracaq - DÇ-dan sonra

"Real”ın keçmiş baş məşqçisi Zinəddin Zidan Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatından sonra Fransa millisinin "sükan"ı arxasına keçəcək.

Corner.az xəbər verir ki, bu barədə “Libertad Digital” məlumat yayıb. Məlumatda, fansalı mütəxəssisin DÇ-2022-dəki nəticədən asılı olmayaraq, millinin hazırkı çalışdırıcısı Didye Deşamı əvəz edəcəyi vurğulanıb.

Deşamın milli komanda ilə müqaviləsi 2022-ci ilin dekabrında başa çatır.

Zidan daha əvvəl yenidən məşqçiliyə qayıdacağını bildirmişdi.

O, 2016-2021-ci illərdə “Real”ı çalışdırıb. “Real” Zidanın rəhbərliyi altında iki dəfə İspaniya çempionu, üç dəfə Çempionlar Liqasının qalibi olub.







Transfer