27 oktyabr 2024. Bazar günü

Rusiya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı


  • Transfer
  • 17:18 05.11.2022
  • Oxunma sayı: 85
Rusiya millisinin baş məşqçisi ilə yeni müqavilə imzalandı
Rusiya Futbol İttifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalayıb. Corner.az xəbər verir ki, bu barədə RFS-in rəsmi saytı məlumat yayıb.
 
Sözləşmənin müddəti 2024-cü il avqustun 1-dək nəzərdə tutulub. 53 yaşlı mütəxəssisin hazırkı köməkçiləri də yığmadakı işlərini davam etdirəcək.
 
Xatırladaq ki, Valeri Karpin 2021-ci ilin iyulundan Rusiya seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, bir dəfə heç-heçə edib, eyni sayda isə məğlubiyyət alıb.






Transfer