27 oktyabr 2024. Bazar günü

Regekampf Styaua'ya qayıtmaq üçün çox təzyiq göstərir


  • Transfer
  • 14:55 07.11.2022
  • Oxunma sayı: 114
Regekampf Styaua'ya qayıtmaq üçün çox təzyiq göstərir
"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniyanın "Styaua" klubunu çalışdırmaq istəyir. Corner.az "Fanatik.ro"ya istinadən xəbər verir ki, belə iddia ilə yerli jurnalist Horia İvanoviçi çıxış edib. Onun sözlərinə görə, mütəxəssis tez-tez klub prezidenti Cici Bekaliyə zəng edir: "Bizdə olan son məlumata görə, Regekampf "Styaua"ya qayıtmaq üçün çox təzyiq göstərir. O, son bir neçə gündə davamlı olaraq Bekaliyə zəng edir və onu zəngləri ilə yorub".
 
Regekampf 2012-2014 və 2015-2017-ci illərdə "Styaua"nı çalışdırıb. Keçən yay "Neftçi"nin baş məşqçisi təyin olunan 47 yaşlı mütəxəssisin "ağ-qaralar"la müqaviləsi 2024-cü ilin yayına qədərdir.






Transfer