8 aprel 2026. Çərşənbə

Premyer Liqa klubu Azərbaycanda işləmiş məşqçiyə tapşırıldı


  • Transfer
  • 14:58 07.11.2022
  • Oxunma sayı: 203
Premyer Liqa klubu Azərbaycanda işləmiş məşqçiyə tapşırıldı

İngiltərənin "Sauthempton" klubu baş məşqçisi Ralf Hazenhyuttl ilə yollarını ayırıb.

Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv olunub.

Komandanın sükanı noyabrın 9-da "Şeffild Uensdey" ilə Liqa Kuboku matçına daha əvvəl Azərbaycanda da işləmiş Ruben Sellesə həvalə olunub.

Qeyd edək ki, Ralf Hazenhyuttl 2018-ci ildən "Sauthempton"da işləyib. Komanda Premyer Liqada 14 turdan sonra 12 xalla 18-ci pillədə qərarlaşıb.

Ruben Selles 2012 - 2014-cü illərdə "Neftçi"də, 2015 - 2017-ci illərdə isə "Qarabağ"da baş məşqçilərin köməkçisi vəzifəsini yerinə yetirib.







Transfer