22 dekabr 2025. Bazar ertəsi

Liverpul 3 futbolçusunu satışa çıxardı


  • Transfer
  • 17:50 08.11.2022
  • Oxunma sayı: 147
Liverpul 3 futbolçusunu satışa çıxardı

"Liverpul" qış transfer pəncərəsi öncəsi 3 futbolçusunu satışa çıxarıb.

Corner.az “Calciomercato”ya istinadən xəbər verir ki, bunlar müdafiəçi Nataniel Fillips, yarımmüdafiəçilər Nabi Keyta və Aleks Oksleyd-Çemberlendir.

Nataniel Filips “Bolton”un yetirməsidir. 25 yaşlı oyunçu 2016-cı ildə "Liverpul"a keçib, lakin o vaxtdan bəri komandada cəmi 25 oyuna çıxıb və vaxtının çoxunu icarədə olub. Tərəflər arasında müqavilənin müddəti 2025-ci ildə başa çatır.

Nabi Keyta 2018-ci ilin yayında "Leyptsiq"dən 60 milyon avroya alınıb. 27 yaşlı yarımmüdafiəçi bu mövsüm  "Mançester Siti" ilə Superkubok matçında cəmi 5 dəqiqə meydanda olub. O hazırda ağır zədədən sonra bərpa prosesindədir.

 Oksleyd-Çemberlen isə 2017-ci ilin yayında 38 milyon avroya "Arsenal"dan "Liverpul"a keçib. 29 yaşlı oyunçu isə bu mövsüm Premyer Liqada iki matçda cəmi 15 dəqiqə meydanda olub.







Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq