11 may 2026. Bazar ertəsi

Neftçi'nin keçmiş futbolçusu baş məşqçi təyin olundu


  • Transfer
  • 21:56 09.11.2022
  • Oxunma sayı: 149
Neftçi'nin keçmiş futbolçusu baş məşqçi təyin olundu
Gürcüstanın “Sioni” komandasının yeni baş məşqçisi məlum olub. Corner.az xəbər verir ki, Bolnisi təmsilçisi Giorgi Çelidze ilə anlaşıb.
 
Uça Sosiaşvili ilə yollarını ayıran “Sioni” mövsümün sonuna qədər “sükan”ı Çelidzeyə tapşırıb.
 
36 yaşlı veteran futbolçu 2008-ci ildə “Dinamo”dan (Batumi) ayrıldıqdan sonra “Neftçi”yə keçmişdi. Amma o, Bakı klubunda uğurlu olmadığına görə, sonradan “Olimpi”(Rustavi) klubu ilə anlaşmışdı.
 
“Sioni” Gürcüstan çempionatında 33 turdan sonra 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.






Transfer