11 mart 2026. Çərşənbə

Koçuk "Səbail"dən ayrılır


  • Transfer
  • 16:49 27.05.2019
  • Oxunma sayı: 512
Koçuk "Səbail"dən ayrılır
Mövsümün sonunda "Səbail"lə müqaviləsi başa çatan Yevgeni Koçuk paytaxt klubundan ayrıla bilər.

Corner.az  xəbər verir ki, bu barədə qol.az-a komandanın baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, futbolçuya yeni sözləşmə təklif olunsa da, hələlik cavab gəlməyib:

"Biz Koçuka öz şərtlərimizi bildirmişik. Ona yeni müqavilə təklif olunub. Ancaq hələlik futbolçudan xəbər yoxdur. Bizə iyunun 10-na kimi gözləməyi deyib. Ancaq həmin mövqeyə yeni oyunçu alsaq, Koçukun məsələsi tamamilə bağlanacaq. O qədər gözləmək fikrimiz yoxdur".

Qeyd edək ki, 2017-2018 mövsümünün ikinci yarısını "Jilina"dan icarə əsasında "Səbail"də keçirən Koçuk ötən yay azad agent kimi Bakı klubuna transfer olmuşdu.





Transfer