- Transfer
- 21:53 26.11.2024
Azərbaycan millisinin futbolçusu Mahir Emreli qış transfer dönəmindən sonra Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda qala bilər.
Corner.az "Sportske.jutarnji" nəşrinə istinadən xəbər verir ki, ölkə çempionu mundialdan sonra xorvatiyalı Bruno Petkoviçi satarsa, Emreli və digər oyunçu Yosip Drmiçi komandada saxlayacaq.
Bundan əlavə, "Lokomotiva"da icarədə olan Sandro Kulenoviç də geri qaytarılacaq.
Baş məşqçi Ante Çaçiç heyətdə böyük dəyişikliklər etməyi planlaşdırmır.
Qeyd edək ki, Mahir Emreli bu ilin yayında “Dinamo” ilə 4,5 illik müqavilə imzalayıb. Son vaxtlar əsas heyətə düşməkdə çətinlik çəkən hücumçunun qışda komandanı tərk edəcəyi gözlənilirdi.