- Transfer
- 23:54 22.11.2024
Zenit'in sabiq baş məşqçsi Andre Villas-Boasın yeni klubu müəyyənləşmək üzrədir.
Corner.az "France Football"a istinadən xəbər verir ki, 41 yaşlı mütəxəssis "Marseille"ni çalışdırmağa yaxındır. Bildirilir ki, portuqaliyalı baş məşqçi ilə 2 illik müqavilə imzalanacaq.Onun Fransa təmsilçisində illik 7.2 milyon avro qazanacağı vurğulanıb.
Qeyd edək ki, Villas-Boasın son klubu "Şanxay Telleys" olub. O, 2017-ci ilin noyabrından işləmir.
Xatırladaq ki, "Marseille' hazırkı baş məşqçisi Rudi Qarsiya ilə yolları ayıracaqlarını açıqlayıb