Almaniyanın "Bavariya" klubu iki futbolçusu ilə müqavilənin müddətini uzadıb. Corner.az xəbər verir ki, Münhen təmsilçisi qapıçı Sven Ulrayx və müdafiəçi Yosip Stanişiçi komandada saxlamağa qərar verib.
34 yaşlı qolkiperlə 2024-cü ilin yayınadək sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsi 2023-cü ilin yayınadək idi.
22 yaşlı müdafiəçi ilə də yeni müqavilənin müddəti 2026-cı ilə qədər artırılıb. Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayınadək nəzərdə tutulmuşdu.
Sven Ulrayx bu mövsüm 8 matç keçirib və bu oyunlardan 5-də qol buraxmayıb. O, qapısında 6 qol görüb. Stanişiç isə bu mövsüm Bundesliqada və Çepionlar Liqasının hər birində 5 matç keçirib.