- Transfer
- 18:40 23.11.2024
Bayern Munich'in prezidenti Karl-Hayns Rummeniqqe "Real"dan icarəyə götürdükləri James Rodriguezin gələcəyi ilə bağlı açıqlama verib.
Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, o, 27 yaşlı futbolçu ilə bağlı qərarlarını növbəti həftə verəcəklərini deyib: "James Rodriguez üçün gələn həftə "Real"ın nümayədələri ilə görüşəcəyik. Onu almaq hüququmuz var. Ancaq Jamesi alıb satmayacağıq. İnsan alveri "Bayern"in üslubu deyil".
Qeyd edək ki, təzminat qiyməti 42 milyon avro olan kolumbiyalı futbolçu bu mövsüm 28 matçda 7 qol vurub, 6 qolun ötürməsini edib.