- Transfer
- 21:53 26.11.2024
İngiltərənin VII divizionunda çıxış edən "Eşton Yunayted" klubu "Mançester Siti"nin futbolçusu Erlinq Halanda təklif göndərib.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, aşağı liqa təmsilçisi Qətərdə keçiriləcək dünya çempionatı müddətində norveçli hücumçunu icarəyə götürmək istəyir.
"Eşton Yunayted" 28 günlük transfer üçün artıq qarşı tərəfə müraciət edib. Klub, "şəhərlilər" mundial vaxtı rəsmi oyun keçirməyəcəyi üçün bu addımı atıb. Norveç yığmasının da DÇ-2022-də iştirak etməyəcəyini nəzərə alan VII divizion təmsilçisi 22 yaşlı hücumçunun formada qalması üçün bu təklifi etdiyi bildirilib.
Komandanın baş məşqçisi Robins Maykl Kleqq klubun saytına müsahibəsində gənc futbolçuya kömək etmək istədiklərini bildirib: "Bu, Halandın altı həftəlik qolfundan daha faydalıdır. Düşünürük ki, o, bizim komanda üçün tam uyğun forvarddır".
Hələlik "Mançester Siti" aşağı liqa təmsilçisinə cavabını açıqlamayıb.
Qeyd edək ki, dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək.