27 oktyabr 2024. Bazar günü

Ronaldonun yerinə Mbappe?


  • Transfer
  • 12:49 16.11.2022
  • Oxunma sayı: 121
Ronaldonun yerinə Mbappe?

“Mançester Yunayted” rəhbərliyi qalmaqallı müsahibəsindən sonra Kriştiano Ronaldonu satmaq prosesini sürətləndirməyə başlayıb. Corner.az xarici KİV-lərə istinadən xəbər verir ki, “qırmızı şeytanlar” 37 yaşlı hücumçunu PSJ-nin hücumçusu Kilian Mbappe ilə əvəz etmək niyyətindədir.

İngiltərə nəhənginin Avropada Mbappenin transferini və maaşını maliyyə cəhətdən çəkə bilən azsaylı klublardan biri olduğu qeyd olunub. Bu üzdən “qırmızı şeytanlar” PSJ-nin ulduzunu transfer etmək uğrunda mübarizədə yüksək rəqabətlə üzləşməli olacaqlarını bildiyindən,  bununla yanaşı alternativ variant kimi “Napoli”nin hücumçusu Viktor Osimheni də diqqətdə saxladığı vurğulanıb.

Xatırladaq ki, Ronaldo bu yaxınlarda verdiyi müsahibədə “Mançester Yunayted”in rəhbərliyi və məşqçilər korpusu haqqında nalayiq danışıb, həmçinin klubun siyasətinin düzgünlüyünü şübhə altına almışdı. Bu, futbol ictimaiyyəti arasında böyük rezonansa səbəb olub.







Transfer