- Transfer
- 21:53 26.11.2024
İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Kriştiano Ronaldonun müqaviləsini ləğv etmək istəyir.
Corner.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq bununla bağlı vəkillər tutub və bu məsələnin tez zamanda həll olunması üçün məhkəməyə müraciət edib.
37 yaşlı hücumçuya Qətərdəki dünya çempionatından sonra məşq bazasına qayıtmamaq göstərişi verilib.
Qeyd edək ki, portuqaliyalı forvard The Sun-a müsahibəsində "Mançester Yunayted"in ona xəyanət etdiyini və baş məşqçi Ten Haqa hörmət etmədiyini söyləyib.