27 oktyabr 2024. Bazar günü

Ronaldo qışda karyerasını bitirə bilər


  • Transfer
  • 17:37 18.11.2022
  • Oxunma sayı: 133
Ronaldo qışda karyerasını bitirə bilər
İngiltərə "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqlayıb. Corner.az “The Sun” nəşrinə istinadən xəbər verir ki, 37 yaşlı futbolçu öncə DÇ-2022 barədə fikirlərini bölüşüb:
 
“DÇ-2022 ilə bağlı çox nikbinəm. Bizim fantastik məşqçimiz və yaxşı oyunçularımız var. Turnirdə qalib gəlmək çox çətin olacaq, çətin görünür. Lakin hər şey mümkündür”.
 
Portuqaliyalı oyunçu daha sonra karyerası ilə bağlı sualı da belə şərh edib:
 
“Portuqaliya ilə turnirin qalibi olarsam yüz də yüz faiz karyerımı bitirəcəm”.
 
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Portuqaliya millisi H qrupunda Uruqvay, Qana və Koreya ilə mübarizə aparacaq.






Transfer