- Transfer
- 21:53 26.11.2024
Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Marselo ilə yollarını ayrıla bilər.
Corner.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, Pirey təmsilçisi 34 yaşlı müdafiəçinin müqaviləsini ləğv etmək niyyətindədir.
Klub rəhbərliyi brazilyalı oyunçunun fiziki durumu pis olduğu üçün bu addımı atmaq istəyir. Marselonun komandanın məşqçilər korpusu ilə də münasibətlərinin yaxşı olmaması bu sürətləndirir.
Qeyd edək ki, "Olimpiakos" UEFA Avropa Liqasında "Qarabağ"la birlikdə G qrupunda yer alıb. Hazırkı ölkə çempionu iki xal toplayaraq sonuncu yeri tutub. 2007 - 2022-ci illərdə İspaniya "Real Madrid"ində çıxış edən Marselo sentyabrda Afina təmsilçisi ilə 1+1 illik müqavilə imzalamışdı.